"Komandanın oyunundan tam razı qaldım. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Bu cür futbolçularım olduğu üçün fəxr edirəm".
Offsideplus.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, "Sumqayıt" hesabı açdığı epizodda müdafiəçi Mamadu Mbodjla qapıçı Səlahət Ağayev arasında anlaşılmazlıq yaşanıb: "Buna rəğmən özünü toparladı və lazımi qolu vurdu. İlk pillədə qərarlaşmağımızın psixoloji baxımdan bizə mənfi təsir etdiyini deməzdim. Növbəti oyunlara hazırlaşacağıq".