Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv radikal qərarla gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı bundan sonra bəzi oyunçuların millidə çıxış etməyəcəyini bildirib.

O, Mats Hummels, Tomas Müller və Jerom Boatenqin bundan sonra Almaniya yığmasının formasını geyməyəcəyini deyib.

Löv qərarını belə izah edib: “2019-cu il Almaniya millisi üçün yeni başlanğıcdır. Mənim üçün bu qərarı oyunçulara və “Bavariya” rəhbərliyinə izah etmək vacib idi. Biz komandaya yeni imic vermək istəyirik. Artıq gələcəyin millisini qurmaq fikrimiz var. Əminəm ki, bu, düzgün addımdır”.

Qeyd edək ki, qərarla bağlı ilk reaksiya Boatenqdən gəlib. O, çox məyus olduğunu, amma məşqçinin qərarına hörmətlə yanaşdığını deyib.(matc.az)