Azərbaycan Premyer Liqasının XIX turuna start verilib.

Offsideplus.az xəbər verir ki, turun açılış matçında "Səbail"lə "Sumqayıt" qarşı-qarşıya gəlib. "Bayıl Arena"da keçirilən oyunu izləyənlər arasında Azərbaycan milli komandasının yeni təyin olunan baş məşqçisi Nikola Yurçeviç də var. O, köməkçisi Arif Əsədovla bərabər davam edən qarşılaşmanı izləyir.

Qeyd edək ki, milli komandanın baş məşqçisi bu oyunun ardından başlayacaq "Neftçi" - "Sabah" matçını da izləmək üçün "Bakcell Arena"ya yollanacaq.(sportnet.az)