Futbol üzrə Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub.
Offsideplus.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Şenol Günəşlə 4 illik müqavilə bağlanılıb.
Sözləşmə bu il iyunun 1-dən qüvvəyə minəcək və 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcək.
Qeyd edək ki, hazırda Şenol Günəş Beşiktaş-ın sükanı arxasındadır. O, klubu cari mövsümün sonunda tərk edəcək.