Millimizin və "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə ata olub.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi qızının adını Adel qoyub.
O şəxsi instagram səhifəsində bununla bağlı paylaşım edib: "Qəribə hisslərdir… Bapbalaca, heç tanımadığın birini qucağına verirlər. Baxıb görürsən ki, necə də sənə bənzəyir. Allahın möcüzəsidir mənim üçün. Bu gün sanki mənə bənzəyən biri var dünyada. Ona baxdıqca özümü görürəm. Ağzı, burnu, gözləri mənə bənzəyir. Ona baxdıqca hələ həyatımın yenidən başladığını və onun üçün daha da var gücümlə çalışacağımı görürəm. Adel, mənim bapbalaca, mənə oxşar qızım, dünyamıza xoş gəldin. Mən hər zaman sənin qərarlarını dəstəkləyəcəm, ayaqlarını yerə bərk basmağın və cəmiyyətdə hər zaman yerinin olması üçün arxandan bir an olsun çəkilməyəcəyəm! Artıq bir yox, iki sevgilim var. Həyatımda iki sevdiyim xanım var. Sizi çox sevirəm!”(sport7.az)