"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın Azərbaycan Premyer Liqanın 17-ci turunun "Qəbələ" ilə oyununda vurduğu qol braziliyalı milliləşmiş futbolçu üçün əlamətdar olub.
Offsideplus.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan oyunçu 316 gün sonra yenidən Ağdam təmsilçisinin formasıyla fərqlənib. Sonuncu dəfə ötən il aprelin 7-sində "Səbail" oyunda rəqib qapısına yol tapan Almeyda "Qarabağ"da qol sayını da 51-ə çatdırıb.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.