"İnter"in futbolçusu Mauro İkardi sosial mediada həyat yoldaşı Vanda Naraya görə bacısı İvana İkardi ilə dalaşıb.
Argentinalı ulduz bundan əvvəl "İnter"də kapitanlıq sarğısından məhrum edilmiş və "Rapid"lə oyunun heyətinə salınmamışdı. Daha sonra İtaliya klubunun azarkeşləri baş verənlərə görə Naranı ittiham edirək, onun maşınını daşa basmışdı.
Qardaşının arvadı ilə yola getməyən İvana isə "Twitter"də paylaşım edərək, Vandanı ittiham etmişdi.
İvana son olaraq "Twitter" "Qardaşımı geri istəyirəm" yazıb. Futbolçu isə bacısına belə cavab verib: "Bu əsla olmayacaq. Niyə işləməli olduğunu zamanı burda xərcləyirsən? Belə edərək heç nəyi əldə edə bilməyəcəksən. Məndən başqa 6 bacı-qardaşın var. Niyə onlara zəng etməyə cəhd etmirsən?"
İvananın da qardaşına cavabı özünü gözlətməyib: "Mən onlara zəng etdiyim zaman cavab verirlər. Onların arxasında gözlərini kor etmək üçün cadu etdirən bir ilan da yoxdu. Bu qədər axmaq olmaqdan vaz keç və gözlərini aç. Olduğun insan olmağa geri dön".
Bu mübahisədən sonra Vanda "Instagram" hesabından əri, iki uşağı və atasının olduğu fotonu paylaşaraq "İkardi ailəsi bir arada" yazıb.
Fanat.az