"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Offsideplus.az-a müsahibə verib.

- Öncə oyunla bağlı fikirləriniz...
Sözün düzü, oyun gözlədiyimdən də yaxşı alındı. Maraqlı matç oldu. Derbidi idi və iki çempionluğa oynayan komanda üz-üzə gəldi. Çox vacib idi ki, bu oyunda məğlub olmayaq. Qalib gəlmək istəyirdik. Bu qədər qol imkanlarında istifadə edə bilmirsənsə, fikirləşirəm ki,heç-heçə də pis nəticə deyil. 
 
- Komanda Dinonun yoxluğunda irəli xəttdə dişsiz görünürdü.
- Qəti razılaşmıram. Komandamız bir nəfərin üzərində qurulmayıb. Dino 1 il ərzində də bizdə çıxış edən zaman daim tənqid olunmuşuq ki, yeni hücumçuya ehtiyac var.
 
- “Qarabağ”ın forvarda ehtiyacı var?
- Xeyr, ehtiyac yoxdur. Əvvəl də belə deyirdik, indi də. Bu komanda “Qarabağ”dır. Şəxslər üzərində qurulan kollektiv deyil. Bizdən Reynaldo və başqa futbolçular da gedib. Ancaq komanda stabilliyini qoruyub saxladı. Bu gün Mahir, Pedro və Dani yaxşı oynadı. Onların əziyyətini yerə vurmaq olmaz. Qətiyyən bu fikirlərlə razılaşmıram. Dinonun özü də elə oyunlarda olub ki, qol şanslarını qaçırıb və vurmayıb. Bu gün “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı yaxşı çıxış etdi. Bir var qapıçı ilə üz-üzə çıxanda topu kənara vurasan. Biri də var qolkiper sənə şans verməsin. Dima bu gün keçilməz idi. Elə toplar çıxartdı və seyvlər etdi ki...
 
Nuh TARVERDİYEV