Amerikalı model Katrin Mayorqaya təcavüz etməkdə ittiham olunan Kriştiano Ronaldo daha bir zərbə alıb.

Offsideplus.az xəbər verir ki, "EA Sports" portuqaliyalı ulduzun fotosunu "FIFA 19"un üz qabığından çıxarıb.
Qeyd edək ki, bundan əvvəl "Electronic Arts" Ronaldonu bütün tanıtım materiallarından və reklam afişalarından çıxarmışdı. Əvəzində "EA Sports" bununla bağlı heç bir açıqlama yaymayaraq susqunluğunu qorumuşdu. Amma şirkət bu dəfə onun fotosunu üz qabığından çıxarmaqla olaylara reaksiya vermiş olub.
Üz qabığına Kevin de Bruyne, Neymar və Paulo Dibalanı əlavə edən "EA Sports" bununla da "FIFA 19"da Ronaldonun olmayacağını göstərib. "Yuventus"un ulduzunun qarşıdakı illərdə də FIFA seriyasında yer almayacağı bildirilir.