"Mən onu hələ yayda Azərbaycana gətirmək istəyirdim. Onda bu transfer alınmamışdı".
Offsideplus.az xəbər verir ki, Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Samtr Əliyev deyib.
“Səbail” dövrələrarası fasilə zamanı növbəti transferini reallaşdırıb. Debütant hücumçu Vahit Orazsahedovu heyətinə cəlb edib.
Türkmənistanlı karyerası ərzində "Rubin" (Rusiya), "Nefteximik" (Rusiya), "Daçiya" (Moldova), "Osmanlıspor" (Türkiyə), "Rostov" (Rusiya), "Aşqabad" (Türkmənistan), "Altın Asr" (Türkmənistan) klublarının üzvü olub.
Onun son klubu ölkəsində "Ahal" olub. 26 yaşlı hücumçu Türkmənistan millisinin üzvüdü.
S.Əliyevə qulaq asaq: "O, dünən ilk məşqə çıxdı. Topla rəftarından görünürdü ki, yaxşı məktəbi var. Fikrimcə, bizə çox köməyi dəyə bilər.
Çempionat onun buna nə qədər hazır olub-olmadığını göstərəcək. Əvvəllər yaxşı klublarda oynayıb, böyük təcrübə toplayıb. Yanılmayacağımıza inanıram. Büdcəmizə uyğun transfer etmişik"