Türkiyənin məşhur at yarışçısı Uğur Polat həbs olunub.

Offsideplus.az xəbər verir ki, məşhur jokey cinsi təcavüzdə ittiham olunub. Keçmiş sevgilisi Nalan Polat ondan ayrıldıqdan böyük qardaşıyla evlənib. Nalan Polat 2016-cı ilin 22 mayında gəzmək üçün İstanbula yollanıb. Uğur Polat isə qardaşı arvadını evinə dəvət edib. O, həmçsinin dostları Tacəddin G. və Sərcan Ç.-nı evinə çağırıb.
 
Jokeyin dostları maska taxaraq yataq otağında gizlənib. Uğur isə Nalanı bir kitab götürmək üçün yataq otağına yönləndirib. Orda isə dostları onun ağzını tutaraq ayaqlarını bağlayıblar. Nəyin baş verdiyini anlamayan qadını jokeyin dostları soyunduraraq yatağa bağlayıb. Daha sonra isə onlar otaqdan çıxıb. 
 
 
İddiaya görə, Uğur Polat yataq otağına girərək keçmiş sevgilisinə, hazırda qardaşının arvadı olan qadına təcavüf edib. Əlləri-ayaqları açıldıqdan sonra ilk fürsətdə evdən qaçan Nalan polisə zəng vurub. O, Uğur Polat, Tacəddin G. və Sərcan Ç.-dan şikayət edib. 
 
Tibbi müayinədən sonra Nalan Polatın əl və ayaqlarında kəndir izləri aşkarlanıb. DNT analizi də onun Uğur Polat tərəfindən təcavüzə uğradığını təsdiqləyib. 
 
Bakırköy 9-cu Ağır Cəza Məhkəməsində 3 il davam edən məhkəmə prosesindən sonra Uğur Polat və dostları ittihamı qəbul etməyib. Uğur Polat qardaşı arvadının keçmiş sevgilisi olduğunu bildirərək, evdə içki qəbul etdikdən sonra öz razılığı ilə birlikdə olduqlarını bildirib. Nalan Polat isə sonradan məhkəməyə müraciət edərək, iddiasını geri götürüb. 
 
Lakin məhkəmə Uğur Polatı 20, dostlarını isə 10 il azadlıqdan məhrum edib.
 
Fanat.Az