Türkiyə millisinin sabiq futbolçusu Gökdeniz Karadeniz 10 il formasını geyindiyi “Rubin” klubundan Rusiya Futbol İttifaqına şikayət edib.
Offsideplus.az “Biznes online” portalına istinadən verdiyi məlumata görə, 39 yaşlı veteran oyunçu Kazan təmsilçisindən 64 milyon rubl (təxminən 1,4 milyon manat) məbləğində borcunu tələb edir. Bildirilir ki, “Rubin”in Karadenizə olan xalis borcu 58,5 milyon rubldur. Lakin sabiq yarımmüdafiəçi gecikməyə görə əlavə faiz də istəyir.
Bundan başqa, Kazan klubu əmək haqqından gəlir vergisi və dövlət fonduna ödənişlər etməlidir. Bunları da nəzərə aldıqda, “Rubin” 85 milyon rubl verməli olacaq.
Qeyd edək ki, ötən yay karyerasını başa vuran Gökdeniz Karadeniz kapitanı olduğu “Rubin”də 2008 – 2018-ci illərdə çıxış edib.