“Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov komandanın yenidən fəaliyyət göstərib-göstərməyəcəyi məsələsi haqda fikir bildirib.
Offsideplus.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı “facebook” sosial şəbəkəsində izləyicilərdən birinin “Xəzər Lənkəran” nə zaman geri dönəcək” sualına belə cavab verib:
“Xəzər Lənkəran” AFFA-dakı oğrular nə zaman getsə, onda geri dönər. Biz onlar kimi rüşvət və oğurluq etməklə pul qazanmırıq. Bizim pulumuz Allahın bizə verdiyi ruzi olan dənizdən çıxır. 10 min dənizçinin çalışdığı yerdə düzgünlük etməsəm, şorba yeyə bilmərəm, insanları ahı məni tutar. Dəyərli qardaşım, ona görə də, indi gözləməliyik. Ancaq sizə söz verirəm, bizim “Xəzər Lənkəran” mütləq yaşıl meydanlara geri dönəcək. Əzizlərim, bunun dönüşü möhtəşəm olacaq”.
2004-cü ildə yaranan “Xəzər Lənkəran” 2016-cı ildə fəaliyyətini dayandırıb.