Çin yığmasının bir neçə futbolçusu qalmaqala səbəb olublar.
Offsideplus.az xəbər verir ki, qalmaqala səbəb olan olay Asiya kuboku çərçivəsində baş verib. Çin yığması Asiya kubokunun 1/4 finalında İran yığması ilə qarşılaşıb.
Oyun İranın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sonradan məlum olub ki, Çin yığmasının 4 futbolçusu – Xao Yunmin, U Si, Şi Ke və Fen Syaotin öz məğlubiyyətlərinə pul yatırıblar.
Bu barədə məlumatı da Çin yığmasının adı açıqlanmayan üzvü verib. U Si ilə Fen Syaotin hələ birinci hissənin ortalarında əvəzləniblər. Digər iki futbolçu isə 90 dəqiqə meydanda olub.