Ötən il Rusiyada keçirilən futbol üzrə dünya çempionatına təşrif buyurmuş 650 min turistdən 5 mini hələ vətəninə dönməyib.
Offsideplus.az xəbər verir ki, qonaqlara ötən ilin sonuna kimi Rusiyada qalmağına icazə verilsə də, onlardan 12 min nəfəri bu ilə qədər qonşu dövlətin sərhədləri daxilində idi.
Hüquq mühafizə orqanlarının səyi nəticəsində bu onların yarıdan çoxu evlərinə dönüb. Qeyri-qanuni şəkildə Rusiyada qalmağa davam edən 5500 nəfərin isə bu ilin mart ayının sonunadək ölkəni tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, DÇ-2018-ə ən çox turist ABŞ-dan gəlmişdi - 90 min nəfər. Braziliya diasporu 77 min nəfərlə təmsil olunmuşdu. İlk "beşliy"ə Kolumbiya, Almaniya və Meksika təmsilçiləri də düşmüşdü.(matc.az)