"Keşlə"nin kapitanı Kamran Ağayev düşərgəni tərk edib.
Klubdan 33 yaşlı qapıçı Vətənə dönüb.
Kamran şəxsi işləriylə əlaqədar təcili Bakıya qayıtmalı olaraq komandasının Trükiyə hazırlığının sonuna qala bilməyib.
"Keşlə"ni ehtiyat qapıçısı Davud Kərimi isə qolundan əməliyyat olunduğundan heç Antalyaya gəlməyib. Bu üzdən Rusiyanın "Çertanovo" klubuyla az sonra başlayacaq yoxlama matçında baş məşqçi Tərlan Əhmədovun sərəncamında bir qapıçı qalıb. O, gənc qolkiper Şahin Zəkiyevi "çərçivəyə"yə qoyub, ehtiyatda isə qapıçı yoxdu.
Qeyd edək ki, "Keşlə" bu matçla Antalya toplanışı bitirərək sabah Vətənə dönür. (Sport24.az)