"Qarabağ”ın futbolçusu Yakub Jezniçak Türkiyənin Antalya bölgəsində Polşanın "Pyast” komandası ilə keçirilən yoxlama oyunundan sonra maraqlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı polşalı mərkəz müdafiəçisi güclü yağış altında baş tutmuş görüşü su polosu matçına bənzədib. O, şəxsi "Twitter” hesabında bunları yazıb: "Bu gün "Qarabağ” və "Pyast” komandaları arasında keçirilmiş su polosu matçında heç-heçə qeydə alınıb”.
Qeyd edək ki, oyun "Gloria Sports Arena"nın əsas meydanında başlayıb. Lakin güclü yağış üzündən ikinci hissədə komandalar ehityat meydandan yararlanmalı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.