İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.

Offsideplus.az “Football Italia”ya istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bu gün baş tutan məhkəmədə 23 aylıq həbsə və 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Lakin cəza müddəti 2 ildən çox olmadığına görə, İspaniya qanunlarına əsasən, şərti xarakter daşıyır.

Qeyd edək ki, Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu.