"Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Antalya toplanışı çərçivəsində Rumıniyanın “Qaz Metan” klubu ilə keçirilən yoxlama matçından (3:0) sonra klubun saytına açıqlamasında deyib.
İtaliyalı mütəxəssis qələbəyə baxmayaraq, problemlərin olduğunu bildirib: “Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odur ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq”.