“Neftçi”nin zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan kapitanı Ruslan Abışov kollektiv məşqlərə qoşulub.
Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi zədəsini zağaldıb və komanda ilə hazırlaşır.
Qeyd edək ki, Abışov ötən ilin iyul ayında "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsinin "Uypeşt"lə cavab matçında (0:4) zədələnmişdi.