İngiltərə millisinin sabiq futbolçusu Lian Sanderson "Mançester Yunayted"in rəhbərliyini sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, Sanderson klubun hazırkı vəziyyətinin əsas səbəbi kimi sahibləri göstərib: "Heç nə dəyişməyəcək, ta ki, sahiblər klubdan gedənə qədər. Bu, reallıqdır. Baş məşqçini günahlandırmaq olmaz. Bu, Maykl Kerrikin də günahı deyil. Maurisio Poçettinonu çox sevirəm, o, mənim yaxşı dostumdur və uğur qazanmasını istəyirəm. Amma düşünürəm ki, məşqçi heyəti qarşıda duran vəzifənin nə qədər çətin olduğunu tam anlamır. Mənə elə gəlir, hər yeni baş məşqçi "Mançester Yunayted"ə gələndə klubun xilaskarı olacağını düşünür. Amma əsas problem sahiblərdədir. Ineos gəldikdən sonra heç bir irəliləyiş olmayıb. Jim Retklif azlıq payına sahib olanda sevinmişdim, amma əsas problem Glazer ailəsidir. Onlar getməyincə, "Mançester Yunayted" indiki vəziyyətdə qalacaq".
Premyer Liqada keçirdiyi 12 oyunda "Mançester Yunayted" 8 xal toplayıb və turnir cədvəlində 19-cu pillədə qərarlaşıb. Maurisio Poçettino isə "Mançester Yunayted"də işləməyin gözlədiyindən daha çətin olduğunu etiraf edib: "Bəli, hazırda ağır dövrdür. Təkcə tarixə güvənərək qalib gəlmək mümkün deyil. Bir çox sahədə inkişaf etməliyik".


