"Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqasının 15-ci turunun "Qarabağ"la səfər oyununu buraxa bilər.
Offsidepluss.az xəbər verir ki, Bu barədə Qol.az-a "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, təcrübəli yarımmüdafiəçi xəstə olduğu üçün prinsipial görüşdə meydana çıxmaya bilər: "Cavid Antalyada olarkən xəstələnmişdi. Hələ də qızdırması var. Bir neçə gündür məşqlərdə də iştirak etmir. oyunu buraxmaq ehtimalı yüksəkdir. Yenə də həkimlərin cavabını gözləyirik".
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı şənbə günü, saat 19:00-da start götürəcək.