"Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk oyunda qol imkanlarından istifadə edə bilmədik. Evdəki fürsətlərdən istifadə etsəydik, bu gün vurduğumuz top bəs edərdi. Bizim üçün üzücü haldı ki, mərhələni keçə bilmədik. Qarşıdan fasilə gəlir. İmkanımız var ki, yaxşı hazırlaşaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra söyləyib.
R.Bordin qış fasiləsində heyətdə hansı dəyişikliklər olunacağı ilə bağlı sualdan yayınıb. O, bunun üçün kifayət qədər vaxtlarının olduğu söyləyib: "Kifayət qədər vaxtımız olacaq. Nəyisə dəyişmək yox, nələrisə gücləndirməyi düşünməliyik. Bu məğlubiyyəti həzm etdikdən sonra bu haqda düşünəcəyik. Müzakirə etdikdən sonra qərarımızı açıqlayacağıq".(fanat.az)