Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyib.
Offsideplus.az “Report”a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis imtahandan kəsilib. Onunla yanaşı Baba Əsgərov da imtahanı uğurla verə bilməyib.
Qeyd edək ki, bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş 9 mütəxəssisə müvafiq diplom və sertifikatlar təqdim olunub.