Çempionlar Liqasının qrup mərhələsinin son tutunda "İnter" doğma meydanda PSV ilə "sülh bağlayıb" (1:1).
"Tottenhem" isə səfərdə "Barselona" ilə eynihesablı heç-heçəyə razılaşaraq italyanların Çempionlar Liqasından kənarda qalmasına səbəb olub.
Bu nəticələrdən sonra "İnter"in argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara göz yaşlarını saxlaya bilməyərək ağlayıb. Matçı oğlu ilə birlikdə izləyən Naranın ağlaması kamyeralardan yayınmayıb.