Fransanın PSJ klubunun və İspaniya milli komandasının yarımmüdafiəçisi Fabian Ruis bu ilki "Qızıl Top" (Ballon d'Or) mükafatına əsas namizədlərdən biri kimi göstərilir.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçunun həm klub, həm də milli komanda səviyyəsində nümayiş etdirdiyi sabit və yüksək səviyyəli oyun beynəlxalq mütəxəssislərin diqqətini cəlb edib. Xüsusilə İspaniya yığmasının heyətindəki parlaq çıxışı və oyunun tempini diqtə etmək bacarığı Ruisin dünyanın en yaxşı futbolçusu adına iddialılar sırasına daxil olmasına zəmin yaradıb.

O, başa çatan mövsümdə PSJ ilə Çempionlar Liqasının qalibi, İspaniya ilə isə dünya çempionu olub.

Qeyd edək ki, "France Football" nəşri tərəfindən təsis edilən "Qızıl Top" mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı oyunçuları müəyyənləşəcək.