“Neftçi”nin futbolçusu Səlahət Ağayev Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının ən çox quru oyun keçirən qapıçısı olub.
Offsideplus.az xəbər verir ki, XIV turun “Sumqayıt”la görüşündə (0:0) qol buraxmayan qolkiper mövsümdə 6-cı dəfə qapısını toxunulmaz saxlayıb.
Bununla da Ağayev “Sabah”ın serb qapıçısı Saşa Stamenkoviçi arxada qoyub. Sonuncu “Keşlə” ilə matçda 2 qol buraxmaqla (1:2) zirvəyə şərikliyi əldən verib. “Qəbələ” ilə oyunda (0:0) qol buraxmayan Emil Balayev (“Səbail”) isə 4-cü quru matçını keçirərək 3-cü sırada qərarlaşıb.
Ümumiyyətlə isə mövsümdə 10 qapıçının hesabında belə oyun var. 7 klubun hərəsi bir, “Qarabağ” isə üç qapıçısı ilə cədvəldə təmsil olunub. Ağdam klubunun ilk yarıda meydana çıxan hər üç əlcək sahibinin hesabına belə oyun var.
Mövsümün ilk yarısında quru oyun keçirən qapıçılar
yer |
qapıçı |
klubu |
quru |
1 |
Səlahət Ağayev |
Neftçi |
6 |
2 |
Saşa Stamenkoviç |
Sabah |
5 |
3 |
Emil Balayev |
Səbail |
4 |
4-6 |
Dmitri Bezotosnı |
Qəbələ |
3 |
Mehdi Cənnətov |
Sumqayıt |
3 |
|
Anar Nəzirov |
Zirə |
3 |
|
7-9 |
Kamran Ağayev |
Keşlə |
2 |
Şahruddin Məhəmmədəliyev |
Qarabağ |
2 |
|
Vaqner da Silva |
Qarabağ |
2 |
|
10 |
Hannes Halldorsson |
Qarabağ |
1 |
matc.az