"Qarabağ"ın hücumçusu Mahir Mədətov Azərbaycan Premyer Liqanın XIV turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra müsahibə verib. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən gənc futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- 6:0 hesablı qələbə sənin üçün gözlənilməz oldu?
- Komanda iki oyuna 11 qol vurub. Futbolçularınız hansı vitaminləri qəbul edib?
- Yəqin ki, düzgün işləyirik. Oyunlarımız da yaxşı alınır. Komandada ruh yüksəkliyi artıb. Bunun başqa bir səbəbi yoxdur.
- Bombardirlik yarışında Baqali Daboya çatdın...
- O barədə hələ ki, düşünmürəm. Reallıq odur ki, hazırda ikinci pillədəyik. Fikrimizi ona yönəltmişik ki, birinci yerə necə yüksələ bilərik. Bombardir olmağın mənim üçün önəmli deyil. Əsas odur ki, çempion olaq.
- Qurban Qurbanov milli komanda ilə vidalaşdı. Bu barədə nə deyə bilərsən?
- Qərar belə olub. Buna hörmətlə yanaşmaq lazımdır. Əsas odur ki, Qurban müəllimə yaxşı olsun. (sport24.az)