"Komandanın çox da yaxşı çıxış etmədiyi bir oyun oldu. Bu gün düzgün oynaya bilmədik. Bu dəfə alınmadı".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqanın 14-cü turunda "Sumqayıt"la keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis istədiyi futbolu sərgiləyə bilmdiklərini qeyd edib: "Hər zamankı tipik hücum futbolunu bu dəfə göstərə bilmədik. Çox böyük risklər də etmədik. Sona yaxın çalışdıq qol vuraq. Düzgün zonaları tapa bilmədik. Həmin anlarda da qol vura bilmədik".
Bordin komandanın əsas hücumçusu Baqali Dabonun yoxluğunda Namiq Əlsgərovun yaxşı çıxış etdiyini bildirib: "Oyun yerində Namiq oynadı, özünü də pis tərəfdən göstərmədi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki liderik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Ancaq alınmadı".(qol.az)