Amerikalı peşəkar qolfcu Peyc Spiranak İngiltərənin “Qardian” nəşrinə açıqlamasında ölüm təhdidləri aldığını deyib.

Offsideplus.az  xəbər verir ki, gözəlliyi ilə həmişə diqqət mərkəzində olan xanım qolfcu müsahibə zamanı vaxtilə zorakılığa, cinsi ayrı-seçkiliyə, hətta ölüm təhdidlərinə məruz qaldığını bildirib. 

Daha öncə çılpaq fotoları mətbuata ötürülən Spiranak, bu müddətdə şantaj edildiyini deyib.