Uels millisinin baş məşqçisi Rayan Qiqqz AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Xorvatiyanın qrupun əsas favoriti olduğunu söyləyən gənc mütəxəssis Azərbaycan millisi haqda da fikirlərini açıqlayıb:
“Uzun yol bizi qorxutmur. Azərbaycanda gözəl şərait, yüksək səviyyəli otellər, yaxşı meydançalar və yeni stadionlar var. Bir sözlə, orada hər şey yaxşıdır. Yəqin ki, Azərbaycana oyundan bir gün əvvəl gedəcəyik. Qalan hər şey gözlədiyimiz kimi oldu”.
Qeyd edək ki, Uels millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda mübarizə aparacaq.(qol.az)