Lionel Messi "İnter Mayami"nin heyətində DÇ-2026-dan sonra ilk dəfə meydana çıxıb.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin finala yüksəldiyi mundialdan sonra 39 yaşlı hücumçu MLS-də "Kolambus Kryu"ya qarşı oyunun 53-cü dəqiqəsində əvəzetmədən meydana daxil olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Messi meydanda olduğu müddətdə 4 dəfə qapıya zərbə endirib (onlardan yalnız biri qapı istiqamətində olub), bir qol vəziyyətindən yararlana bilməyib. O, həmçinin iki künc zərbəsi yerinə yetirib, bir dəfə top itirib və ötürmələrinin dəqiqliyi 82 faiz (17-dən 14-ü) təşkil edib.
Qeyd edək ki, "Kolambus Kryu"da çıxış edən Azərbaycan yığmasının üzvü Nəriman Axundzadə bu görüşdə iştirak etməyib.


