Dünyaca məşhur idman portalı "GOAL" futbol tarixi boyunca Argentinadan çıxmış ən böyük 20 futbolçunun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, açıqlanan siyahı xüsusilə zirvədəki seçimə görə futbol dünyasında və sosial meyarda böyük müzakirələrə səbəb olub.
- Siyahının 1-ci pilləsində 1986-cı il Dünya Çempionatının qəhrəmanı Dieqo Maradona yer alıb. DÇ-2022 çempionu Lionel Messi isə nəşrin dəyərləndirməsinə əsasən 2-ci sırada qərarlaşıb.
- Tarixi əfsanələr: Zirvənin ilk üçlüyünü "Real Madrid"in əfsanəsi Alfredo Di Stefano tamamlayır. 1978-ci il DÇ qalibi Mario Kempes 4-cü, "Yuventus"un unudulmaz ulduzu Omar Sivori isə 5-ci yerə layiq görülüb.
- Müasir dövrün ulduzları: Unudulmaz hücumçulardan Qabriel Batistuta 6-cı, Serxio Aquero 17-ci, Ernan Krespo isə 20-ci sırada özünə yer tapıb. Müdafiə meylli ulduzlardan Xavier Zanetti (11) və Xavier Maskerano (15) da siyahıda yer alan adlardandır.
???? "GOAL" Versiyasına Görə TOP-20:
- Dieqo Maradona
- Lionel Messi
- Alfredo Di Stefano
- Mario Kempes
- Omar Sivori
- Qabriel Batistuta
- Ubaldo Fillol
- Daniel Passarella
- Anxel Labruna
- Fernando Redondo
- Xavier Zanetti
- Rene Houseman
- Oreste Osmar Corbatta
- Antonio Rattin
- Xavier Maskerano
- Amadeo Karrizo
- Serxio Aquero
- Roberto Ayala
- Rikardo Bokini
- Ernan Krespo


