AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Eltun Yaqublunu cəzalandırıb.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi” ilə oyundan sonra hakimi təhqir etməsi səbəb olub. Adı qarşılaşmanın protokolunda olmayan kapitana 4 oyunluq diskvalifikasiyaya məruz qalıb, klubu isə 3200 manat cərimələnib.

“Neftçi”nin 2:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində isə “Səbail”in daha bir futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

“Keşlə” ilə qarşılaşmada isə 5 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 800 manat ziyana düşüb.

Qedy edək ki, Eltun Yaqublu zədəli olduğu üçün matçlarda iştirak etmir.