Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz"un növbəti yoxlama matçındakı rəqibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qərb təmsilçisi iyulun 27-də Türkiyənin "Fatih Karagümrük" kollektivi ilə quvvəsini sınayacaq.

Qeyd edək ki, "Turan Tovuz" toplanış çərçivəsində keçirdiyi ilk sınaq matçında İranın U-21 milli komandası ilə bərabərə qalıb — 1:1.