İrlandiya yığmasının təcrübəli baş məşqçisi Martin Onil istefa verib. 

Offsideplus.az xəbər verir ki, Onillə birlikdə onun köməkçisi Roy Kin də millidən ayrılıb.

Baş məşqçi istefasının səbəbi kimi Millətlər Liqasındakı uğursuzluğu göstərib. Qrupda keçirdiyi 4 oyunun hamısında uduzan irlandlar B liqasından C-yə yuvarlanıb.

Qeyd edək ki, Martin Olil 5 il İrlandiya yığmasını çalışdırıb. Onun rəhbərliyi ilə komanda Avro-2016-nın 1/8 finalına və DÇ-2018-in seçmə mərhələsinin pley-offuna qədər irəliləyib.