Futbol dünyasının ən prestijli fərdi mükafatı olan "Qızıl Top" ətrafında maraqlı gəlişmələr yaşanır.

Offsideplus.az xəbər verir ki, 2025/26 mövsümü üçün favoritlərin siyahısı yenilənib və səsvermə meyarlarına dair inqilabi dəyişikliklər gündəmə gəlib.

​Cari mövsümün (2025/26) gedişatı və oyunçuların performansına əsasən, mükafat üçün əsas iddialıların siyahısı aşağıdakı kimi formalaşıb:

1) ​Harri Keyn ("Bayern"): Uzun illərdir davam edən qol maşını stabilliyi və "Bavariya"dakı liderliyi onu siyahının zirvəsinə daşıyıb.

​2) Lamin Yamal ("Barselona"): Gənc ulduz "Barselona"nın oyununda mərkəzi fiqura çevrilərək reytinqlərdə sürətlə yüksəlir.

​3) Maykl Olise ("Bayern"): Almaniya klubundakı təsirli çıxışı onu sürpriz şəkildə ilk üçlüyə daxil edib.

​4) Killian Mbappe ("Real Madrid"): Dünyanın ən yaxşılarından biri hesab olunsa da, "Real Madrid"dəki adaptasiya prosesi və komanda nəticələri onu hələlik 4-cü pillədə saxlayır.

​5) Usman Dembele (PSJ): Paris təmsilçisindəki yaradıcı oyunu ilə favoritlər beşliyini tamamlayır.