Yurgen Kloppun “Red Bull” şirkətində tutduğu Qlobal Futbol rəhbəri postundan ayrıla biləcəyi iddiaları gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, “Red Bull” şəbəkəsinə daxil olan klubların – xüsusilə də "RB Leypsiq*in nəticələrinin qeyri-sabit olması daxildə müəyyən müzakirələrə səbəb olub.

İddialara əsasən, avstriyalı mütəxəssis Oliver Qlasner mümkün namizədlərdən biri kimi nəzərdən keçirilir.

Lakin “Red Bull”un rəhbəri Oliver Mintzlaff yayılan xəbərləri “tam cəfəngiyat” adlandıraraq Kloppun gedişi ilə bağlı söz-söhbətləri təkzib edib.