Keçmiş ulduz futbolçu Zlatan İbrahimoviç La Liqa, Premyer Liqa və A Seriyası arasındakı əsas fərqləri açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İbrahimoviç bildirib ki, La Liqada komandalar futbol oynamağa və oyunu müdafiədən qurmağa üstünlük verir:
“Hətta ən güclü səviyyədə olmayan komandalar belə oyunu arxadan qurmağa çalışır.”

Premyer Liqanın isə daha yüksək tempə malik olduğunu vurğulayan isveçli hücumçu əlavə edib:
“Daim hücum və əks-hücumlar var. Texniki oyunçu olsan belə, ritmə tab gətirə bilməsən, orada oynaya bilməzsən.”

A Seriyası haqqında danışan İbrahimoviç İtaliya futbolunun taktiki xarakter daşıdığını qeyd edib:
“İtaliyada hər şey taktiki cəhətdən öyrənilir. Müdafiə hücumdan daha vacibdir. Hücumçu üçün müdafiəni önə çəkən komandada oynamaq çox çətindir. Orada uğur qazanmaq böyük məmnuniyyətdir.”