Pep Quardiolanın "Mançester Siti" sonrası üçün əsas arzusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, Mançester Siti”dəki dövrü başa çatdıqdan sonra onun məşqçilik karyerasında yalnız bir böyük arzusu qalıb – Dünya Kubokunu qazanmaq.
İspaniyalı mütəxəssis konkret hansı milli komandanı çalışdırmaq istədiyi barədə qərar verməyib. Lakin Qvardiola üçün əsas şərt komandanın rəqabətədavamlı və titul uğrunda mübarizə aparmaq potensialına malik olmasıdır.
Qvardiola klub səviyyəsində demək olar ki, bütün əsas titulları qazanıb və indi diqqətini milli komanda səviyyəsində ən prestijli turnirə – Dünya Çempionatına yönəltmək istəyir.



