"Qalatasaray"ın 17 yaşlı üzvü Çağrı Balta cari mövsümün sonunda komandanı tərk etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, onun klubla müqaviləsi başa çatır və yeni təklifi qəbuk etməyi düşünmür.

Çağrının yayda "Fənərbağça"ya qoşulacağı gözlənilir.

Qeyd edək ki, o, 11 mövsüm "Qalatasaray"da çıxış edən Hakan Baltanın oğludur.