"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ABŞ-da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi gənc futbolçunun keçidi üçün "Kolumbus Kru" klubu ilə razılığa gəlib.
Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Transfer barədə başqa açıqlama verilməyib.
Qeyd edək ki, N. Axundzadə "kəhər atlar"ın heyətində 127 oyunda 35 qol vurub və 17 məhsuldar ötürmə edib.


