Vini Juniorun sevgilisi Virginia Fonseca maraqlı bir məsələni gündəmə gətirib.
Offsideplus.az xəbər verir ki, Virginia bildirib ki, istifadə etdiyi bəzi tibbi vasitələr futbolçunun dopinq testinə təsir göstərə biləcəyi üçün əvvəlcədən klubun fizioterapevtinə məlumat vermək məcburiyyətində qalır.
Fonsekanın sözlərinə görə, ginekoloqa müraciət edib hər hansı məlhəm və ya dərman istifadə etməli olduğu hallarda belə bu barədə Vini Juniorun fizioterapevtinə xəbər verməlidir:
“Əgər ginekoloqa gedib hər hansı bir məlhəmdən istifadə etməli olsam, bunu Vininin fizioterapevtinə deməliyəm. Çünki bu, onun dopinq testində çıxa bilər.”
Virginia bu vəziyyəti ilk dəfə eşidəndə ciddi şəkildə narahat olduğunu da etiraf edib:
“O bunu mənə deyəndə əsim-əsim əsirdim. Düşündüm ki, ‘Görəsən, deməməli olduğum nəsə dedimmi?’”
O qeyd edib ki, artıq gündəlik həyatda istifadə etməyi düşündüyü istənilən dərman və ya vasitə ilə bağlı əvvəlcədən məsləhətləşir:
“İndi istifadə etməyi düşündüyüm və ya ehtiyac duyduğum hər şey barədə mütləq onun fizioterapevti ilə danışmalıyam.”



