"Benfika" və "Beşiktaş" klubları Rafa Silva üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, "qartallar" sabiq futbolçusu üçün 5 milyon avro təklif edir. İstanbul təmsilçisi isə bu məbləğin 7 milyon olmağını istəyir.

Bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.

Klublar arasında danışıqlar davam edəcək.

R. Silva 2024-cü ilin yayında "Benfika"dan ayrılaraq azad agent kimi "Beşiktaş"a qoşulmuşdu. O, burada 65 oyunda 23 qol vurub və 16 məhsuldar ötürmə edib.

32 yaşlı futbolçu bir müddətdir İstanbul klubunda xoşbəxt olmadığını bildirirdi.