"Qarabağ" Türkiyənin Antalya şəhərində növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası Xorvatiyanın "Osiyek" kollektivi ilə üz-üzə gəlib.

Ağdam təmsilçisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Onların qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.

Qeyd edək ki, "Qarabağ" bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda rəqib "Zaqlembe" (Polşa) olacaq.