"Bu gün son anlara qədər sərt oyun alındı. Hər iki komanda qələbə qazanmağa çalışdı. Sonuncu yerə layiq olmayan rəqiblə qarşılaşırdıq. Üzücü hal odur ki, hesabda öndə olsaq da, bunu qoruya bilmədik”.
Offsideplus.az xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 11-ci tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Neftçi”nin müdafiə xəttinin zəif olması bu gün də özünü göstərdi. Zədələnən Kiril Petrov gələn tur olmasa, vəziyyətiniz necə olacaq?
- Son oyunda Anton Krivorsuk - Slavko Braliç cütlüyü yaxşı çıxış etmişdi. Petrov öz oyunu ilə gənclərə dəstək verir, komandaya kömək edir. Anton və Braliç də pis çıxış etmədilər.
- Elədirsə, Anton Krivotsyukun ehtiyatda qalmasının səbəbi nə idi?
- Bu nə sualdır? Sualın məntiqini başa düşə bilmədim. Heyət bir gün öncə məşqdən sonra müəyyən edilir. Bu futboldur. Bu dəfə Braliçə üstünlük verdik. Taktiki seçim idi.
- Rəqibin heyətində xüsusi fərqləndirə biləcəyiniz oyunçu var?
- Fərdi cəhətdən kimisə fərqləndirə bilmərəm. Komanda oyunu göstərirdilər. Hətta hesab 2:2 olarkən də əks-hücumdan qol vura bilərdilər.
- Baxışda olan futbolçu ilə müqavilə imzalanacaq?
- Bu haqda danışmaq üçün tezdir. Normal oyunçudur. Amma qərar vermək erkəndir.
- Köməkçiniz Füzuli Məmmədovun durumu necədir?
- Vəziyyəti yaxşıdır. Bu gün bir az qorxduq. Həm köməkçi-məşqçimə, həm də "Zirə”nin qapıçısına görə qorxduq. Oyunda belə gərginlik yarandı.(qol.az)