"Qalatasaray" və "Fənərbağça" "Yuventus"un futbolçusu Veston Makkenni ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Makkenninin "qoca sinyora" ilə olan müqaviləsi bu yay başa çatır. O, yayda azad agent kimi komandanı tərk edə bilər.
ABŞ-lı futbolçu cari mövsüm 26 oyunda 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.



