Ötən gün Almaniya mediasında Yürgen Kloppun "Real Madrid"in yeni baş məşqçisi ola biləcəyi ilə bağlı xəbərlər çıxmışdı.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu təkzib edib.
"Sport Talk" portalına danışan Klopp Xabi Alonsonun gedişinə də münasibət bildirib:
"Əgər "Bayer"də iki ildən artıq müddətdə nə qədər qeyri-adi bir məşqçilik istedadına sahib olduğunu sübut edən Xabi Alonso, "Real Madrid"ə gəldikdən cəmi altı ay sonra klubu tərk etməli olursa, bu, klubda işlərin 100% qaydasında olmadığını göstərir.
Bu, artıq zamanın önəmi olmadığını və "Real Madrid"də gözləntilərin həddindən artıq böyük olduğunu sübut edir. Lakin orada baş verənlərin mənə heç bir aidiyyatı yoxdur və bu, məni maraqlandırmır".



