"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda ABŞ-da təlim-məşq toplanışı çərçivəsində Meksika yığması qarşılaşıb. Görüş amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub.
İ.Sehiç birinci hissədə meydanda olub. O, 46-cı dəqiqədə Kenan Piriçlə əvəzlənib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması bundan əvvəl ABŞ-la qolsuz bərabərə qalıb.