İspaniya Superkubokunun qalibi bu gün məlum olacaq.
Offsideplus.az xəbər verir ki, finalda "El Klasiko"nun şahidi olacağıq.
"Barselona" və "Real Madrid" bu dəfə Səudiyyə Ərəbistanındakı "Kral Abdulla" stadionunda üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, İspaniya Superkubokunu indiyə qədər "Barselona" 15, "Real Madrid" isə 13 dəfə muzeyinə aparmağı bacarıb.



